Zəmanət

Zəmanət satılmış malların zəmanət müddəti ərzində pulsuz təmiri deməkdir. Zəmanət təmirinə yalnız istehsalcı tərəfdən baş vermiş defektlər aid edilir. Defektin istehsalçı tərəfindən olub olmaması yalnız Kondisionerlər.az saytının servis ustaları tərəfindən təsdiq edilə bilər.  Kondisionerlərə tələb olunan zəmanət Kondisionerlər.az saytının servis ustaları tərəfindən quraşdırıldıqda  verilir.

Malların təmiri 14 gün ərzində həyata keçirilir.Lazımi hissə olmadığı təqdirdə onun istehsalçıya sifarişi və gətirilmə vaxtı nəzərə alınmaqla təmirin müddəti 120 günədək uzadıla bilər.Malın zəmanət müddəti onun təmirdə olduğu vaxta  uyğun olaraq uzadılır. 

Satılan mallar yalnız aşagıdakı şərtlərə cavab verdikdə, zəmanət təmirinə qəbul edilir.

1.Duzgün doldurulmuş  zəmanət talonunun olması.

2.Zəmanət talonunda göstərilən seriya nömrəsi və modelin mala uygun olması. Malın növündən asılı olaraq  

ona aid bütün qrafalarin doldurulması.  

3.Satış tarixinin,zəmanət müddətinin və satıcının imzasının olması zəruridir.  

2. Kondisionerlərin quraşdırma qiymətinə su axıdıcı şlanqın çəkilişi və vannanın hazırlanması,2 metrdən əlavə  işlənmiş  2 növ mis borunun və onun izalə qatının dəyəri daxil edilmir.

Aşagıdakı hallarda mallar zəmanət təmirinə qəbul edilmir 

1. Kondisionerlər.az servisinin mütəxəssislərindən başqa hər hansı bir kənar şəxs tərəfindən  təmirə cəhd edilmişdirsə.

2.Zərbə, itələmə, daxilinə kənar cismin,mayenin düşməsi və bunlar kimi xaricdən təsir nəticəsində yaranmış mexaniki zədənin olması.

3.Gərginliyin həddən artiq və aşagı olması nəticəsndə yaranan defektlər.

4.Malın elektrik qida borusu sıradan cıxdıqda. 

5.Malin istifadə qaydaları pozulduqda.

QEYD: Sifarişci zəmanət talonunda göstərilənlənlərə riayət etməsini öz imzası ilə təsdiqləyir.