Düzgün təmir

Kondisionerin xarab olma səbəbi çoxsaylı ola bilər. Bunlardan əsasları: İstehsal xətası, və ya qaydalara riayət olunmadan quraşdırılma.

Digər səbəblərə isə blokun zədələnməsi, düzgün olmayan istismar və soyuducu mayenin  sızması aiddir.

Bütün bu kimi  nasazlığın aradan qaldırılması ilə mütəxəssis məşğul olmalıdır. Nöqsanı aradan qaldırmaq üçün  tək  başına cəhd daha ciddi problemlərə gətirib çıxara bilər.

 

Kondisionerlərin nasazlığının əsas səbəbləri:

 Daxili blokda filtrlərin çirklənməsi - kondisionerin panelində qurulan tor  havada olan zibil və tozdan qorumaq üçündür.Filtrlərin təmizlənməsinə ehtiyac olmasınını necə müəyyən etmək olar?

  • Məkanın soyudulması nəzərəçarpacaq dərəcədə zəifləyib.
  • Kondisionerin qoşulması anında ondan su damcılamağa başlayır. Buna səbəb soyuducu borunun donmasıdır (buz bağlaması).   
  • Əgər su sadəcə damcılamır, axırsa – bu təkcə filtrlərin yox həm də drenaj sisteminin tutulmasının əlamətidir. Təcili olaraq usta çağırmaq və split sistemi söndürmək lazımdır.

 Kompressoru qızmadan qoruyan soyuducu mayenin (Freonun) müəyyən buxarlanma norması var. Freon səviyyəsinin yoxlanıması yarım ildə bir dəfə keçirilir. Soyuducu mayenin çatışmaması split sistem üçün məhvedici ola bilər. Kompressor həddən artıq qızacaq və sıradan çıxacaq. Kompressor soyuducu qurğunu təşkil edən əsas hissədir. Kondisionerlərin kompressorlarının dəyişdirilməsi əlbəttə ki, daha baha başa gəlir.

Freon doldurma xidməti

Freonun sızması səbəbindən  iqlim avadanlıqlarının (kondisionerlərin)  işləməməsi və ya sıradan çıxması daha çox yayılmış nasazlıqlardan biridir.

Bir çox kondisioner  istifadəçiləri elə düşünürlər ki, kondisionerlərə vaxtaşırı freon doldurmaq və ya əlavə etmək lazımdır . Bu tamamilə yanlış fikirdir. Kondisionerin freon borularlnda, boruların birləşmələrində, istilik mübadilə qurğularında və başqa detallarında  (4 yol klapan, açıb bağlayıcı kranlar və s.) mexaniki və ya fiziki zədələnmələr və ya dəliklər olduğu  və ya istehsalçı qüsurları olduğu hallarda qaz sızması baş verir.

Qeyd etdiyimiz kimi kondisionerlərdə qaz sızmasıının  yaranmaması üçün  onların montajı  həm peşəkar ustalar tərəfindən həyata keçirilməlidir və həm də keyfiyyətli birləşdirici mis borulardan istifadə edilməlidir

 Freon çatışmamazlığı:

  • Havanın pis soyudulması
  • Boruların birləşmə yerində buzun və qırovun əmələ gəlməsi 

Soyuducu avadanlığın düzgün qoşulması və quraşdırılması, onun uzun müddətli və  fasiləsiz işləməsinin təminatıdır.

Əgər təmir əsl peşəkarlar tərəfindən aprılırsa, nasazlığın səbəbi müasir diaqnostik vasitələrin köməyilə müəyyən edilir və aradan qaldırılır. Siz də belə hallardan biri ilə raslaşmısınızsa, onun aradan qaldırılmasını uzun müddət  gözləməyin, dərhal Kondisionerlər.az servisinə müraciət edin.