Quraşdırılma

Kondisioneri ilin hər fəslində quraşdırmaq mümkündür.Beləki daxili split sistemi kifayət qədər çox funksiyanı yerinə yetirə bilər.

  •   Məkandakı havanı sərinlədə bilər
  •  Məkandakı havanı isidə bilər
  •   Vintilyaçiya funksiyası ola bilər
  •   Mikroblardan və tozlardan arındıra bilər
  • Havanı ionlaşdıra bilər

Eləcədə bir çox modellərdə taymer deyilən funksiya var ki, bu funksiyanın köməyi ilə kondisionerin işləmə vaxtını təyin edə bilərsiniz.

Xarici blok

Xarici bloku binanın çöl tərəfindən bərkitmək lazımdır . Montaj yeri servis xidməti üçün rahat olmalıdır (yuyulması,qaz vurulması və s.)

 Texniki tələblər:

  •  Əgər birinci mərtəbədirsə bu zaman 2.5 m yerdən yüksək olmalıdır
  •  Quraşdırılan divar möhkəm olmalıdır
  • Dirsəklər kondisionerin tam ağırlığına tab gətirməlidir
  •  Anker boltların möhkəm olmalıdır

Xarici blokun qorunması üçün metal barmaqlıqdan yada ki siqnal sistemindən istifade etmək olar. Quraşdırılma yeri olaraq çardaq,evin damı,balkonun divarında,pəncərə altında

Diqqət: Yüksək istilik texnikası olan yerdə quraşdırmaq olmaz,hər hansı atıqlar qışda buz qalıqlarının zərbəsindən qorunmaq üçü ən yaxşı tədbir günlük quraşdırılmasıdır

Daxili blok

Daxili blok istidən,nəmdən uzaq olan,düşmə və titrəmə təhlükəsi olmasın deye düz və  hamar divara quraşdırılmalıdır.Bu halda cihazın funksiyalarının tələbini nəzərə almaq lazımdır.Quraşdırma yeri olaraq ya tavan altında yada pəncərə altında mümkündür.

 Yoxlanma

  1. Sistem vakumlanmalıdır.Bunun üçün məsləhət görülən vaxt 30 – 50 dəqiqədir.
  2. Quraşdırıldıqdan sonra dəyişən təzyiq manometrlə ölçülür
  3. Yoxlama testi olunmalıdır

Bütün texniki tələblərə riayət edildikdə kondisioner funksional və  uzunömrlü olur.Fasiləsiz düzgün iş rejimi ile sahibini sevindirir.