Düzgün kondisioner seçimi

Kondisionerlər hər bir mənzildə rahatlığınızı təmin edəcək əsas məişət texnikalarından biridir. Kondisioner alarkən fərqli modellərin arasından sizə uygun olanı secərkən , enerji sinfinə, soyutma və isitməsinə, BTU gücünə diqqət etməlisiniz. Sonra kondisioner quraşdırılacaq otagın molaraq həcmini  hesablayın.

Biz aşağı qiymətlərlə kondisionerlərin bir neçə modellərini təklif edirik.Bu bölmə sizə mənzil, ev və ya ofis üçün kondisioner seçməkdə kömək edəcək. Bu məlumat bütün lazımlı parametrləri və kondisionerin arzu olunan funksiyalarını ardıcıllıqla müəyyən etməyə icazə verir.Kondisionerin seçimi onun tipinin təyinindən başlanır. Burada məişət spliti və multi-split mobil, kanal və kasset tipli kondisionerlərdən danışılır, onların xüsusiyyətləri və tətbiq edilmə sahələrinə baxılır.

Kondisionerin istehlak gücü

 Enerji  istehlakı gücü,tez-tez soyutma gücü ilə səhv salınır. Əslində, kondisionerə sərf edilən enerji gücü, təxminən 3 dəfədə soyumanın gücündən azdır. Yəni kondisioner 2,5 KVT güclə, yalnız 800 vatt sərf edir-  ütüdən,elektrik caynikindən də az.Buna görə məişət kondisionerlərini,bir qayda olaraq, ehtiyat etmədən adi rozetkaya daxil etmək (qoşmaq) olar.Kondisioner enerji istehlakı gücünün, soyutma gücünə nisbəti,kondisionerin enerji-effektivliyinin əsas göstəricisidir, hansı ki, texniki kataloqlarda EER (Energy Efficiency Ratio) əmsalıyla görünür.Başqa parametr — COP (Coefficient of Performance — istilik əmsalı) sərf edilən gücün,qızma gücüilə əlaqəsinə bərabərdir.. Məişət split-sistemlərinin EER-i əmsalı adətən 2.5-dən 3.5-ə, amma COP — 2.8-dən 4.0-a qədər olur.Qeyd etmək lazımdırdi ki, COP dəyəri, EER dəyərindən daha yüksək olur.Bu onunla bağlıdır ki, kompressor qızdırılır və freona əlavə iş prosesində lazımi istiliyi ötürür.Bu səbəbdən kondisionerlər həmişə soyuqdan cox istilik yaradır.Qeyd etmək lazımdır ki, sərf edilən güc və soyumanın gücü adətən ISO 5151 (temperatur binanın içərisində 27 °С, bayırdan 35 °С) standartı müvafiq olaraq ölçülürlər.

 Sıradan kondisionerlər çöldəki hava  0º C-ə  düşdüyündə və ya 30º C-dən üzərinə çıxdığında iş prinsipləri azalır. Bu mövzuda -15º C soyuqda və 40º C-dən yuxarı isti də belə işləyən invertor kondisionerlər var.

  İsitmə bxımından  yaxşı kondisioner axtarırsınızsa, Invertor  texnikasına sahib kondisionerləri secin. Invertor-ingilis sözü olub “cevirici” deməkdir. İnvertor kondisioner hansı şərtlərdə həqiqətən qənaət edir? Bu problemin cavabı əslində sizin kondisioner istifadə şəklinizlə əlaqədardır. Əgər gündə bir, iki saatlığına işlətmək üçün kondisioner almağı düşünürsünüzsə çevirici olmayan, A sinifi bir kondisioneri seçim edə bilərsiniz.  Kondisioneri səhərdən axşama qədər işləməsi lazım olan bir yerə alırsınızsa, invertor  tipi bir kondisionerin həqiqətən qənaət təmin edəcəyini unutmamalısınız.