Samsung AR24BXHQASINUA-KIT Kondisioner

2125 M

Brend : Samsung

Gücü (kVt) : 7,1

Gücü (BTU) : 24000

İş sahəsi (kv.m.) : 65-85

Freon tipi : R-32

İnvertor : Var

Satın Al

Samsung kondisionerinin xarakteristikasi

  • Model------------------------------------------AR24BQHQASINER-KIT
  • Güc (soyutma, Btu/h)--------------------------------24000 btu/saat
  • Tövsiyə olunan xidmət sahəsi -----------------------65-85 m2
  • Inventor------------------------------------------------var
  • soyutma, W/W---------------------------------------------5.2 W/W
  • İstilik əmsalı (istilik, W/W)--------------------------------5.0 W/W
  • Kompressor növü-------------------------------------- İnverter
  • Wi-Fi bağlantısı ----------------------------------------yoxdur
  • İstilik nasosu -------------------------------------------Bəli
  • Qızdırma işi, ---------------------------------------------C -22С-ə qədər
  • Freon növü (soyuducu) --------------------------------R32
  • Enerji səmərəliliyi sinfi --------------------------------A++
  • Easy Filter Plus (Anti-Bacteria)-------------------------Var
  • Özü-özünü təmizləmə-----------------------------------Var
  • Filtrin çirklənməsi göstəricisi----------------------------Var
  • Daxili temperatur göstəricisi----------------------------Var
  • Ekranın yandırıb/söndürülməsi--------------------------Var
  • Ekranın yandırıb/söndürülməsi--------------------------Var
  • Sürətli soyutma-------------------------------------------Var
  • Good sleep rahat yuxu rejimi----------------------------Var
  • Havalandırma---------------------------------------------Var
  • Qurutma---------------------------------------------------Var
  • İstehsalçı -------------------------------------------------ÇİN

 

 SAMSUNG KONDİSİONERLƏRİNİN XÜSUSİ ÖZƏLİKLƏRİ:

  • WindFree™ texnologiyasına malik kondisionerlər verilmiş temperaturu effektiv şəkildə dəstəkləyir və birbaşa hava axımından yaranmasını istisna edir. Soyudulmuş hava 23.000 mikrodəlikdən xaric olur, buna görə də hava otağın bütün sahəsi boyu bərabər şəkildə paylanır və 77% daha az enerji sərf olunur. Həmçinin bu funksiya imkan verir ki, yüksək effektli WindFree™ soyutma ilə pulunuza qənaət edəsiniz. Aktiv rejimdə Sürətli soyutma rejiminə nisbətən 77% daha az sərfiyyat baş verir. Minimal elektrik sərfiyatı ilə rahat mikroklimatı təmin etmək mümkündür.
  • Avtomatik soyutma imkanı- Bu rejim xarici şərtləri və istifadəçi ayarlarını təhlil edir. Daha üstün temperatur əsasında o, avtomatik olaraq ən yaxşı şəraitə nail olmaq üçün ən optimal rejimi seçir.
  • Yüksək effektli inverter kompressoru kondisioneri tez-tez işə salmadan və söndürmədən arzu olunan temperaturu təmin etməkdə kömək edir. Buna görə kondisioner 73% -ə qədər az elektrik enerjisi istehlak edir, neodim maqnitlər sayəsində isə kondisioner daha sakit və daha etibarlı işləyir.
  • WindFree™ texnologiyası ilə rahat yuxu rejimi rahat yuxu üçün optimal şəraiti təmin edir. Hava qapaqlarının təkmilləşdirilmiş konstruksiyası bərabər hava axını yaradır, WindFree™ rejimində temperatura nəzarət isə daha tez yuxuya getməyə və gümrah və dincəlmiş formada yuxudan oyanmağa kömək edir.
  • "Sürətli soyutma" rejimi kompressorun və havalandırmanın işləməsi sayəsində havanı maksimal gücdə 43% daha sürətlə soyutmağa imkan verir. Düşünülmüş dizayn sayəsində kondisionerin sərinkeş 15% daha böyük, hava ötürücüsü 18%, pərləri isə 31% daha genişdir. Bunun sayədə hava daha uzaq məsafəyə və bərabər şəkildə paylanmış olur.
  • Üç qat Filtr - Üç qat müdafiə filtri ilə kondisionerin gigiyenasını və məhsuldarlığını qoruyun. Üç qat material toz, tük, böyük hissəciklər, viruslar, bakteriyalar və allergenlərdən müdafiəni təmin edir. Koreyada yerləşən laboratoriyada antibakterial və antivirus xassələri, Yaponiyada isə antiallergen xassələri üzrə sınaqdan keçirilib. Onu da qeyd etmək lazımdır ki, məlumatlar testlər vasitəsilə alınıb və ətraf mühitin şərtlərindən və fərdi istifadədən asılı olaraq fərqlənə bilər.
  • Anti təmizləmə 3 pilləli - Kondisioner söndürüldükdə özünü təmizləmə funksiyası kondisionerin istilik mübadiləsindən nəm çıxarılana qədər (üç mərhələdə) ventilyatorun işini dəstəkləyir. Nəmin 10-30 dəqiqəyə çıxarılması nəticəsində kondisioner təmiz və quru qalır və daxilində hər hansı bakteriya və kif əmələ gəlmir.
  • Aşağı səs dərəcəsi - Kondisioner sizin diqqətinizi yayındırmamaq üçün çox sakit işləyir. Kompressor, hətta tam gücdə işləyərkən belə, ikiqat susdurucu vasitəsilə artıq səs-küy yaratmır. Laboratoriyalarda sınaqdan keçirilib. 1 kHs aralığında 40% daha az səs-küy istehsal edir ki, bu da insanın eşitmə qabiliyyətinin aşağı həddidir.
  • Asy filtr plus - Filtr elementlərinə əlverişsiz girişi olan adi kondisionerlərdən fərqli olaraq, yeni Samsung kondisioneri yuxarı paneldə quraşdırılmış filtrlə təchiz edilmişdir. Onu asanlıqla çıxarıb yenidən quraşdırmaq mümkündür. Bunun üçün qapağı açmağa və güclə süzgəci çıxarmağa ehtiyac yoxdur. Filtr elementinin antibakterial örtüyü havanı təhlükəli çirklərdən və allergenlərdən təmizləməyə imkan verir.
  • Dura fine TM plus - Kondisioner kompressoru paslanmadan qoruyan və səmərəli məhsuldarlığı təmin edən xüsusi antikorroziya örtüyü sayəsində daha uzun müddət sizə xidmət edəcəkdir. Bu antikorroziya örtüyü duz testinə (SST) 480 saat davam etmişdir.
  • Triple Protector Plus texnologiyası - Üç qat müdafiyə texnologiyası (Triple Protector Plus) kondisioneri xarici mühitin əlverişsiz şəraitindən qoruyur. Bundan əlavə, bu texnologiya kondisioneri gərginlik stabilizatorundan istifadə etmədən həddindən artıq yüklənmədən qoruyur. Xarici blokun bütün detalları antikorroziya örtüyü ilə müdafiə olunur, həmçinin ekstremal istiliyə dözmək bacarığına malikdirlər.