Freedoor RM-1212

1576 M

Brend : Freedoor

Gücü (Wt) : 7430

Qızdırıcı :

Gərginlik (V) : 220

Uzunluq : 120 sm

Satın Al

           Texniki xüsusiyyətlər

  • Fan diametri (mm) -------------------- 155 
  • Gərginlik (V/Hz) ------------------- 220/50 
  • Isitmə gücü (kW) ---------------------- 7,5
  • Səs səviyyəsi (Db) --------------------- 58 
  • Ölçülər (d.h.u) ------------ 185x254x1200 
  • Çəki (kq) ------------------------------- 19

 

           

İnsanların sağlamlığını qorumaq və ticarət mərkəzləri və mağazalar kimi insanların sıx olduğu yerlərdə rahatlığı təmin etmək üçün kondisioner və havalandırma sistemlərinin düzgün qurulması çox vacibdir. FREEDOOR hava pərdələri bu keyfiyyətli və rahat havanın davamlılığını təmin etmək üçün effektiv həllər təklif edir.

Ticarət mərkəzlərinin giriş qapıları, eləcə də mağaza və restoranların, təhsil mərkəzlərinin qapıları tez-tez istifadə olunana bütün müəssələrdə, obyektlərdə daxili və açıq hava daim qarşılıqlı əlaqədədir. Bu vəziyyət çox bahalı olan ventilyasiya sisteminin səmərəliliyini azaldır. FREEDOOR hava pərdələri effektiv pərdə üsulu sayəsində daxili mühiti təcrid etməyə və enerjiyə qənaət etməyə kömək edir. Bundan əlavə, təmiz daxili havanı tüstü, işlənmiş qazlar və həşəratlar kimi arzuolunmaz xarici amillərdən qoruyur və davamlı hava keyfiyyətini təmin edir.

Obyektlərin qapılarında hava pərdələrinin istifadəsi sayəsində işlənmiş qazların, tüstü və tozun içəri daxil olmasının qarşısı alınır.

Həmçinin obyektlərdə, mərkəzlərində siqaret çəkən yerlərin qapılarına qoyulan hava pərdələri tüstünün içəri keçməsinin qarşısını alır və müştəri məmnuniyyətini artırır