Kondisionerin təmizliyi

Kondisioner istifadəçiləri xoşa gəlməz problemlə qarşılaşırlar. Kondisioneri işə saldıqdan sonra sərin mehlə yanaşı kif  iyi gəlməyə başlayır. Bu yalnız kondisionerə texniki qulluq vaxtının çatdığını göstərir.Split sistemin filtirlərini tet-tez təmizləsəniz də, müntəzəm olaraq əsaslı təmizləmək lazımdır.

Kondisioner təmizlənmədikdə nə olacaq?

1.Kondisionerin  daxili blokunun içində rütübətli mühitdə yaşayan bakteriyalar çoxalmağa başlayacaq

2.Kondisionerdən xoşagəlməz qoxu gələcək

3.Kondisionerin daxilində olan su kanalları tozla çirklənəcək və nəticədə su evə töküləcək

4.Filtirlər tozla çirklənəcək və hava axınını buraxmayacaq

5.Daxili blokdakı ventilyator tozla çirklənərək tarazlığını  itirir və buda  daxili blokun cirkələnməsinə və yüksək səsə səbəb olur

6.Kondisionerin soyutmasının və qızdırmasının effektivliyi əhəmiyyətli dərəcədə azalacaq

7.Elektirik sərfiyyatı dəfələrlə artacaq

 

Kondisionerlərdə təmizlik təmin etmək, meydana gələ biləcək zərərləri azaldır. Kondisioner təmizliyində istifadə olunan  maddə ilə daxili aralıqlardakı çirk axıdılır. Bu maddənin  kondisioner işləyərkən verəcəyi  bir zərər yoxdur.

Sizin etməniz lazım olan isə qabaqda olan kaset filtrlərin tez-tez yuyub-qurudaraq yerinə taxmanızdır. Yaz və payız aylarında, yəni, ildə 2 dəfə olmaq şərti  ilə Kondisionerlər.az servis ustalarının kondisioner  təmizlıyi  xidmətlərindən yararlanın.